Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Blog Post

Motion dizayner olmaq istəyirsən?

Motion dizayner olmaq istəyirsən?

Azərbaycanda motion dizayner anlayışı hələ yeni yaransa da son zamanlar gənclərin ən çox üstünlük verdikləri sahələrdən biri, bəlkə də birincisidir. Sən də motion dizayner olmaq istəyirsən? O zaman bu blog yazımız tam sən istəyəndir.

Bəs Azərbaycanda motion dizayner olmağın üstünlükləri, qatdığı faydalar və qazanclar nələrdən ibarətdir bu barədə danışaq.

“Motion dizayner”lərə daha çox Azərbaycan da marketinq sahəsində tələb olunur. Sakin qeyd etmək lazımdır ki, bu sahə təkcə marketinq sahəsi ilə qısıtlanmır. Günüzdə marketinq mühitinin canlanması və yerli, xarici şirkətlərin bu sektora tələbinin artması nəticəsində marketinq şirkətləri öz xidmətlərini daha canlı görmək istəyirlər. Məhz bu canlılıq və istək nəticə etibari ilə “motion dizayner”lərə olan tələbi daha da artırmış olur. Ölkəmizdə “motion dizayner” olmaq elə də asan olmasa da, mümkünsüz də deyil. Sahə olduqca rəngarəng, olduqca gəlirlidir. Motion dizayner olmağın üstünlüklərini saymaqla bitirmək olmaz. Sizə çatdırmaq istədiyim ən böyük üstünlüklərdən biri də dünyada “freelance” olaraq bilinən “uzaqdan çalışmaq” iş modelidir. Siz əgər yaxşı “motion desingner”sinizsə, sizə hər zaman bu sahədə tələb olacaq. Uzadan çalışmaq iş modeli ilə siz evinizdən çıxmadan belə, uzaqdan sifarişlər qəbul edə bilərsiniz.

 

Motion dizayner hansı şəxsi bacarıqları tələb edir?

Motion dizayner məsələlərə fərqli yanaşmaqla bərabər, həm də  fikirləri canlandırmağı bacarmalıdır. Personajlara hərəkətlər və canlanma verən zaman və ən əsası layihəni çalışmağa başlamazdan əvvəl yekun işin nə ilə bitəcəyini əvvəlcədən ölçməyi bilməlidir ki, bu işə sərf etdiyi vaxt boşuna itmiş olmasın. Çünki “motion dizayner”likdə əsas müanslardan biri də vaxtın düzgün idarə edilməsidir. Çünki sifarişlərinizin vaxtında çatdırılması sizin ümumi “Motion dizayner”lər arasında fərqlənməyinizə səbəb ola bilər. Məsuliyyətli və vaxtı düzgün idarə etməyi bacaran çalışan hər bir kəsə lazımdır. Bundan əlavə olaraq “motion dizayner”in  həm də proqram bilikləridə yüksək səviyyəli olmalıdır.

“Motion dizayner”in şəxsi keyfiyyətləri sırasında bildiklərini daha çox insana öyərməyi də əlavə etmək olar. Çünki motion dizayner nə qədər öz bilikləri barədə ətrafındakı insanlara məlumat verərsə, onun sahəsinə olan maraq da artmış olar. Bu da motion dizayner”in bu işi həm də öyrədərək pul qazanmasını təmin edə bilər.

Motion dizayner olmaq üçün kreativlik lazımdırmı?

Əslində bu sualın dəqiq və net  bir cavabı yoxdur.  Sadəcə motion dizayner ona gələn brifləri dəyişmək gücünə sahib olaraqsa, (Burda dəyişmək daha yaxşı iş təqdim etmək mənasında keçir) bu onun üçün əlavə üstünlükdür. Çünki bəzən təqdim olunan briflər məqsədə uyğun olmaya bilər. Motion dizayner həm də Kopirayterlərlə işləməyi də çox yaxşı bacarmalıdır. Çünki motion dizaynerlərin əsas işi də kopirayterlərin idealarına bağlıdır.

Motion dizayner öz kreativliyini artırması üçün hansı vasitələrdən istifadə edə bilər?

Motion dizayner daha çox oxuyaraq, daha çox izləyərək, daha çox yeni bilgilər əldə edərək özünü çox asanlıqla inkişaf etdirə bilər. Bunun üçün əslində müxtəlif mənbələr də var. Bu mənbələri çox asanlıqla axtarıb tapmaq da mümkündür. Motion dizayner”i hərəkətə gətirən amillərdən biri də onun daima hərəkətdə və canlı qalmasıdır.

 

Motion dizayner olmaq istəyirsinizsə youtube kanalımıza keçid edərək daha çox məlumat əldə edə və ya bizimlə əlaqə saxlaya bilərsiniz.

Taggs:
Şərh yaz