Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Blog Post

Motion dizayn dərsləri və kurslar

Motion dizayn dərsləri və kurslar

Bu gün motion dizayn dərsləri barədə söhbət açacağıq. Motion öyrənməyə hardan başlamaq lazımdır? Bunun üçün əsas və alternativ mənbələr hansılardır?

Motion dizayn dərslərinə başlamaq üçün ilk olaraq qərarınızı net və dəqiq verməlisiniz. Çünki motion dizayn dərsləri həm sizə biraz çətin, həm də bir dəfəyə öyrənəcəyiniz bir iş olaraq gəlməyə bilər. Buna görə də özünüzü psixoloji olaraq hazır hiss etməlisiniz. Qloballaşan dünyada artıq internet vasitəsi ilə müxtəlif mənbələrə çatmaq əvvəlkindən daha asandır. Ən əsası isə öz bildiklərini öyrətməyə can atan insanlar da artıq günü-gündən artmaqdadır. Yəni, mənbə tapmaq kimi hər hansısa bir sıxıntınızı olmayacağını çox asanlıqla demək olar. Sizə ən yaxın bir mənbə olaraq öz youtube kanalımı məsləhət görə bilərəm ki, burda mütəmadi olaraq müxtəlif motion dərsləri ilə tanış da ola bilərsiniz.

 

Motion dizayn  dərslərinə necə başlayım?

Motion dizaynerliyi öyrənmək üçün əslində əlinizdə bir neçə mənbə var. Bunlar aşağıdakılar ola bilər.

  1. Youtube kanalları 
  2. Udemy kursları
  3. Fərdi dərslər

və s.

Mənbələrin və alternativlərin çox öldüğü bir dönəmdə hələ də üz-üzə dərs keçmə metodu, canlı keçirilən dərslər öz effektivliyini itirmir. Siz müəllimlə canlı ünsiyyət zamanı suallarınızın cavabını çox tezliklə tapa bilirsiniz. Digər üstünlük kimi isə qeyd etmək olar ki, cavabları başa düşmədiyiniz halda sualınızı təkrar ünvanlaya bilirsiniz. Həm vaxt baxımından, həm də praktiklik baxımından ən tövsiyə olunan mənbə fərdi dərslərin götürülməsidir.

Motion dizayner üçün ən önəmli faktorlardan biri də portfolionun mövcudluğu və onun qurulması imkanıdır. Aşağıdakı başlıqda Motion dizaynerin portfolio yığma imkanları barədə danışacağıq.

 

Motion dizayn dərsləri ilə portfolio yığılırmı?

Qeyd etmək istəyirəm ki, motion dizayn dərslərini fərdi şəxslərdən  aldığınız təqdirdə sizin üçün portfolionun formalaşdırılması da çox asan olacaq. Tələbələrimə motion dizayn proqramlarını öyrədən zaman onlara vediyim praktiki və real tapşırıqlar sayəsində onlar həm də özləri üçün real portfoliolar yaratmaq imkanları yaranır. Bu da kursu bitirən tələbənin asanlıqla iş tapmaq imkanlarını daha da artır.

Bu da sizə fərdi dərsləri götürmək üçün əlavə motivasiya etmiş olur.

 

Dərslər və kurs barədə məlumat almaq üçün youtube kanalıma keçid edə və ya mənə yaza bilərsiniz.

 

Motion dizayna hardan  başlamaq lazımdır?

 

Motion dizayn öyrənməyə başlamaq üçün istiqamətinizin düzgün seçilməsi əsas faktorlardan biridir. Düzgün müəllim seçimi bu yolun başlanğıcı sayıla bilər. Bu zamana kimi çoxsaylı marka və brendlər üçün gördüyüm işlərə və yetişdirmiş olduğum tələbələrin nəticələrinə uyğun olaraq deyə bilərəm ki, motion dizaynı öyrənmək yolunda sizin ən yaxın köməkçiniz ola bilərəm. Praktik dərs metodları və izah etməkdən bezməməyim, hər bir tələbəyə fərdi olaraq yanaşmağım sizin daha tez və operativ olaraq motion dizaynı öyrənməyinizə səbəb olacaqdır. Test dərslərində iştirak üçün mənimlə əlaqə saxlamağınız kifayətdir.

Taggs:
Şərh yaz