Azərbaycan Beynəlxalq Bankının YENİ imic çarxı.
2018-ci ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) üçün çəkilmiş imic çarxı. VFX (Visual Effects), rotoscoping, motion tracking, motion animasiya dizayn işlərini həyata keçirdiyim, Cinealliance production tərəfindən hazırlanan TVC reklam çarxı.
O, unudulmaz bəstəkarımız Asəf Zeynallının “Ölkəm” əsərinin sədaları altında Sizə “Ölkəmin bankı”nın hekayətini nəql edəcək.
Hekayəti danışan 1997-ci ildə quraşdırdığımız birinci bankomatımızdır. Azərbaycan dövlətinə məxsus ilk bankomat!
Bu, o bankomatdır ki, hər dəfə qarşılaşanda fərqinə varmadan yanından ötmüşük. Halbuki onun dili olsaydı, bizə nələrdən danışardı.
Ölkəmin insanlarından!
Keçmişdən, bu gündən, gələcəkdən!
Dəyərlərimizdən, bu torpağa sevgidən, hər kəs üçün əlçatanlıqdan, halal zəhmətdən, birlikdə yaşanmış ən qiymətli anlarımızın təkrarsızlığından!
Arzulara qanad olmağın həyəcanından, birgə yüksəlməyin sevincindən, gələcəyə doğru yola çıxanların arzu və ümidlərindən, möhkəm təməllərin verdiyi əminlikdən, Odlar Diyarının zənginliklərindən, elmin qazandırdığı üstünlüklərdən, böyük inkişaf tarixinin bir parçası olmağın xoş duyğularından.
Ölkəmin müasir dövlət bankı olmağın qürurundan!
“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 59 filial və 19 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 18 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2.2 milyondan çoxdur. Bankda 2 700-dən çox işçi çalışır.
“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.