Araz supermarket – Bu Novruzda da, siz harada, “Araz” orada
Bu Novruzda da, siz harada, “Araz” orada
2019 -ci ildə Araz supermarket üçün çəkilmiş olan TVC reklamda, VFX (visual effects) motion tracking, packshot səhnəsində motion dizayn animasiya işlərini həyata keçirdiyim, Cinealliance production tərəfindən hazırlanan TVC reklam çarxı.
VFX Breakdown
Novruzun gəlişinə çox az qalır, bu Novruzda da hər zaman olduğu kimi “Siz harada, Araz orada” sözümüzə uyğun olaraq sizə daha yaxın olmağa çalışacağıq ☺ Araz supermarketlər şəbəkəsi – “Yurdumun doğma marketi”
Araz Supermarket haqqında
“Veysəloğlu” distribütor şirkətinin qurucuları Aydın Veysəloğlu, İlqar Talıbov və “Veysəloğlu” CEO-su Bəxtiyar Allahverdi 2011-ci il mayın 7-də pərakəndə sektorda yaranan fürsətləri dəyərləndirərək “Araz” supermarketləri şəbəkəsini qurmağı qərara aldılar.
Məqsədi “Siz harada, “Araz” orada sloqanı” ilə Azərbaycanın bütün bölgələrində “Araz” supermarketlər şəbəkəsinin yaradılmasına nail olmaq, bununla da bütün pərakəndə sektorunu əhatə etməyi hədəf götürən “Araz” supermarketlər şəbəkəsi ilk olaraq 2011-ci ildə Bakıda 4 filialla xidmətə başladı.
İnkişaf yolunu davam etdirən “Araz” supermarketlər şəbəkəsinin təkcə Bakı və Sumqayıt şəhərlərində deyil, eləcə də Bərdə, Zaqatala, İmişli, Gəncə, Daşkəsən, Quba, Saatlı və Mingəçevir şəhərlərində də marketləri vardır. “Araz” supermarket hal-hazırda ölkəmizin bir çox ərazilərindəki 300-ə yaxın marketi , 6000-dən artıq əməkdaşı və Məhəmmədi qəsəbəsində yerləşən müasir logistik mərkəzi ilə müştərilərinin xidmətindədir.