Miqrasiya Qaydalarının Vizual İzahı: 3 Dildə Hazırlanmış Animasiya Layihəsi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçün hazırladığım bu animasiya, ölkəyə gələn əcnəbilərin qeydiyyat prosedurlarını vizual şəkildə izah etmək məqsədi daşıyır.
Animasiyanın Məqsədi
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 15 gün ərzində qeydiyyat zərurətini vizual olaraq izah etməkdir. 3 dildə (az, ru, en) təqdim edilib.
Animasiya Adobe After Effects proqramında hazırlanıb. Tipografik və infografik üslub istifadə olunub.
Hazırlanan animasiya sosial media platformaları ilə yanaşı, Azərbaycan Dəmir Yolu qatarlarında, vağzal gözləmə zallarında yerləşən monitorlarda və digər ictimai ekranlarda nümayiş etdirilmişdir.
Qısa Miqrasiya Məlumatı
Əcnəbilər Azərbaycan Respublikasında 15 gündən artıq qalmaq istəyirlərsə, ölkəyə daxil olduqları tarixdən 15 gün ərzində qeydiyyata düşməlidirlər.
Qeydiyyat yolları:
- www.migration.gov.az
- Regional miqrasiya idarələri
- ASAN xidmət mərkəzləri
Əgər siz də bu cür vizual təqdimat istəsəniz və ideyalarınız hərəkət gətirmək istəyirsinizsə mənimlə əlaqə saxlayın.
