Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Blog Post

Ariel və Beko keyfiyyət kombinasiyası

01 Noyabr 2021 Packshot, VFX
Ariel və Beko keyfiyyət kombinasiyası

Bəzən böyük büdcələr xərcləmədən minimal büdcə ilə möhtəşəm işlər çıxarmaq olar. Bunun üçün bizə lazım olan bir camera və bir kompyuterdi. 

Statik camera çəkilişimizi etdikdən sonra kompyuterimizdə Adobe Premiere proqramında montajımızı edib, After Effects proqramı ilə də VFX (visual effects), Rotoscoping, motion tracking, motion dizayn animasiya işlərini həyata keçiririk. Beləliklə TVC reklamınız hazırdı. İzlədiyiniz TVC reklamda çəkilmiş statik bir neçə  kadrları After Effects proqramı ilə birləşdirilib camera elavə edilmişdir. Post production işinin tamamı After Effects proqramıda görülən bu reklam çarxında real çəkilişdən heç də fərqlənmir.

Ariel & Beko keyfiyyət kombinasiyası TVC reklamı ölkəmizdən savayı Gürcüstan ölkəsi üçündə çəkilib adaptasiya olunmuşdur.

Mükəmməl cütlük!

Soliton mağazalarında istənilən Beko paltaryuyan alana Ariel yuyucu tozu hədiyyə 🎁 (Qeyd edim ki, bu kampaniya 2019-ci ildə həyata keçirilmişdi.)

Beko haqqında qısa məlumat

BEKO – Türkiyənin Arçelik A.Ş. şirkətinin tərkibinə daxil olan əmtəə nişanı. Məişət texnikasının istehsalı üzrə ixtisaslaşmışdır.

Kompaniya Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmışdır. Koç öz biznesinə tikinti materiallarının satışı ilə başlamışdır. O, 20 il Koçzade Ahmet Vehbi Trading Company adlanan ailə şirkətində işlədikdən sonra fəaliyyət çevrəsini genişləndirmək qərarına gəlir. 1944-cü ildə Koç Türkiyədə ilk olaraq avtomobillərin satışı üzrə şirkət açır. On ildən sonra isə Koç Bejerano şirkəti ilə birgə BEKO markasını qeydiyyatdan keçirir. Bu brend altında iki şirkət konservlər və tomat şirəsi istehsalını təşkil etmək istəyirdilər. Əmtəə nişanının adı Bejerano və Koç adlanan şirkətlərin birinci hərflərini özündə birləşdirirdi. Lakin yeni biznesin açılması zamanı ortaya problemlər çıxdı. Konservlərin istehsalını başlamaq mümkün olmadı. BEKO zavodu yeni – Beko Ticaret A.Ş. adı altında fəaliyyət göstərməyə başladı. Arçelik şirkəti Ceneral Elektrik ilə müqavilə bağlayır və fabrik elektrik lampaları istehsal etməyə başlayır. Türkiyədə lampa istehsalı ilə məşğul olan ilk zavod Beko Ticaret A.Ş. olur.

 1999 və 2000-ci illərdə Arçelik şirkətinin tərkibində əsaslı dəyişikliklər baş verdi. Ardem və Arçelik şirkətləri birləşir. Koç Holding Durable Consumer Goods konsernində islahatlar aparılır, nəticədə BEKO Beko Ticaret A.Ş.-dən ayrılaraq Arçelik A.Ş. firmasına birləşir.

Procter & Gamble (P&G) şirkəti üçün hazırlanmış olduğumuz digər TVC reklamına aşağıdakı linklərdən baxa bilərsiniz.
Taggs:
Şərh yaz