Ariel Böyük Təmizlik Testi
Ariel Procter & Gamble şirkətinə məxsus olan dünyanın ən məşhur yuyucu vasitə markalarından biridir. “Ariel Böyük Təmizlik Testi” bir çox ölkələrdə həyata keçirilmişdir. Bu səfər ki, test Azərbaycanın Bakı şəhərində baş verdi. VFX (Visual Effects), motion tracking, motion dizayn animasiya işlərini həyata keçirdiyim, Cinealliance production tərəfindən hazırlanan TVC reklam çarxı.
Bəzən xarici şirkətlər tərəfindən çekilmiş TVC reklamlarını Azərbaycan dilinə həmçinin digər ölkələrədə adaptasiya etmək məcburiyyətində oluruq. “Ariel – Big Spectacle” TVC reklamını bu səfər Gürcüstan ölkəsi üçündə adaptasiya etmişik. Portfoliomda Hünnap – Bebe Bisküvisini Azərbaycan dilinə adaptasiya etmişəm. Adaptasiyaya və digər işlərimə Portfolio bölməsinə keçid edərək baxa biləsiniz.
Qeyd edim ki, reklam çarxının 0:00-dan 0:14-ə kimi başlayan ilk epizod, video adaptasiya və packshot Cinealliance-a məxsusdur və VFX (Visual Effects), motion tracking, motion dizayn animasiya işlərini mən tərəfdən həyata keçirilib. Gürcüstan ölkəsi üçün hazırlanmış olduğu video çarxda sadəcə VFX (Visual Effects), motion tracking, motion dizayn animasiya işləri həyata keçirilmişdir.
“Ariel Böyük Təmizlik Testi” (“Ariel – Big Spectacle”) lahiyəsi digər ölkələrdədə baş vermişdi.
TVC reklamda istifadə olunan görüntülərin adaptasiyasını həmçinin VFX -lərin (visual effects) öncə və sonrasını (vfx breakdown) bir qismini aşağıdakı giflərdə izləyə bilərsiniz.
Ariel (yuyucu toz) haqqında qısa məlumat
Ariel Procter & Gamble şirkətinə məxsus olan dünyanın ən məşhur yuyucu vasitə markalarından biridir.
Ariel ilk dəfə 1967-ci ildə Böyük Britaniya bazarında peyda olub və ləkə çıxaran fermentləri olan ilk yuyucu vasitə olub.Bu, ikiqat vanna və üst yük paltaryuyan maşınlar üçün nəzərdə tutulmuş yüksək köpüklü toz idi. Paltaryuyan maşının populyarlığının artması ilə 1970-ci illərin əvvəllərində uyğun aşağı köpüklü variant təqdim edildi.Əsasən ağ paltarlardan ləkələri çıxarmaq üçün məhsullar istehsal edən şirkət daha sonra rəngli, ipək, yun, parçalar və paltarların təmizlənməsi üçün yuyucu vasitələr təklif etdi. digər parçalar. Toz yuyucu vasitələrdən başqa, 90 -cı illərdən sonra şirkət maye çamaşır yuyucu və çamaşır deterjanı kapsulunu da istifadəyə verdi. Dünyanın 100 -dən çox ölkəsində üstünlük verilən yuyucu vasitələrdən biridir.