Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Blog Post

Magna – Hər işin öz ustası

25 Noyabr 2021 VFX
Magna – Hər işin öz ustası

Magna TVC reklamında rotoscoping, motion tracking, motion dizayn animasiya işlərini həyata keçirdiyim, Cinealliance production tərəfindən hazırlanan TVC reklam çarxı.

MAGNA tanıtım filmi

Azərbaycanın nüfuzlu şirkətlərindən olan Cahan Holdinq Açıq Səhmdar Cəmiyyətinin tərkibində 1995-ci ildə qurulmuş Cahan Pen MMC 3 əsas istiqamətdə fəaliyyət göstərir: Bu istiqamətlər Plastik Boru və əlavə hissələri, qapı – pəncərə sistemləri, saydinq fasad örtükləri, radiator və dam örtüyü sistemlərinin istehsalıdır.

“Cahan Pen” MMC 2017-ci ildə investisiya qoyuluşunu sürətləndirmiş və Naxçıvanda yaradılan 8400 m2 qapalı sahədə illik 10000 ton plastik, 120000 paqon metr Panel Radiator və 60000 paqon metr Alüminium Radiator istehsal gücü olan son texnologiya avadanlıqları, beynəlxalq səviyyədə məhsulları ilə bazara “Magna” markası adı altında məhsul təqdim etməyə başlamışdır.

Regionun ən mühüm plastik boru və əlavə hissə istehsalçısı mövqeyinə çatmış “Magna”, dünyada bu işin mütəxəssisi olan markalarla əməkdaşlıq çərçivəsində əhəmiyyətli bir addım atmışdır.

Regionun inkişafı, insanların rifahı naminə davamlı inkişafı özünə məqsəd seçən “Magna” istehsal etdiyi keyfiyyətli məhsullar və inkişafına təkan verəcəyi texnologiyalarla gələcək illərə inamla və qürurla baxmağa davam edir.

Taggs:
Şərh yaz