Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Blog Post

Zəfərin, Həmrəyliyin və Yeni ilin mübarək Azərbaycan!

Zəfərin, Həmrəyliyin və Yeni ilin mübarək Azərbaycan!

Hər yeni il millət olaraq yarım qalan arzularımız vardı. Bu il hərkəsin qəlbindəki ülvi istəklər gerçəkləşdi – “Qarabağ Azərbaycandır” deyib sonuna Nida işarəsi qoyduq!🙂

İndi yeni ili yeni arzularla Bütöv Azərbaycan və həmrəy xalq olaraq qarşılayırıq! Zəfərin, Həmrəyliyin və Yeni ilin mübarək Azərbaycan! Grow agency şirkətinin sifarişi əsasında hazırlamış olduğum motion dizayn animasiyası.

Keçən ilin bu günlərində duyğu və zəfər dolu bir ilin Həmrəylik Günü üçün hazırladığımız vizualdır. Bəzi nüanslar tərəfdaşın istəyi çərçivəsində olsa da sujet xəttindən kənara çıxmamağa çalışmışıq.

Müstəqilliyin doğulduğu birlik , tikanlı sərhədləri söküb atan əllərdir – həmrəylik.

Vətən uğrunda əliyalın döyüşən Əliyarlar, onu tarixə yazan Çingizdir
Öz xilaskarını milyon səslə çağırıb , ona inanmaqdır – həmrəylik
Doğru yolu davam etmək , dünyaya Azərbaycan hayqirmaqdir.

Bir gecədə milyon əsgər , milyon əsgərlə tək ürək olan millətdir 

Yanında olan qardaşliqdir – həmrəylik

Qəhrəmanlıqların dastana dönməyi, Qorxmaz gözlər , gülər üzlərdir həmrəylik.
Qalibiyyətin müjdəçisi Şuşadır
Qürur mənbəyi , Zəfər göz yaşıdır.

Müzəffər ordunun tarix yazmağı, 

Bütün dünyaya Qarabağ Azərbaycandır! deməkdir – həmrəylik. .

Həmrəysən , qalibsən Azərbaycan !

Taggs:
Şərh yaz