Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Mircavad Fatullayev

Ideas come into motion

Motion Dizayner

Blog Post

TuranBank – 29 il

TuranBank – 29 il

Sizin inam və etibarınızla hər il daha da böyüyürük😊

Peşəkarlıq, etibarlılıq, məsuliyyət, keyfiyyət və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank bu gün fəaliyyətinin 29-cu ilini qeyd edir. Motion dizayn animasiyası işlərini həyata keçirdiyim, Grow agency şirkətinin sifarişi əsasında hazırlamış olduğum motion dizayn animasiyası.

Etibar edib bizi seçdiyiniz üçün TuranBank adından hər birinizə dərindən təşəkkür edir, ötən illərdə əldə etdiyimiz nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrdə də uğurlarımızı davam etdirəcəyimizə və həyata keçirdiyimiz hər bir layihədə keyfiyyət gözləntilərinizi aşacağımıza əminliyimizi bildiririk.

Sizə xidmət etməkdən qürur hissi duyuruq!

TuranBank-ın 29-cu ad günü münasibəti ilə hazırladığım 2D/3D motion dizayn animasiyası😊

TuranBank 1992-ci il iyun ayının 12-də, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır. Bu gün Bank ölkə iqtisadiyyatının, regional ticarətin, sahibkarlığın və ümumilikdə ölkənin qeyri-neft sektorunun inkişafına özünün uğurlu layihələri ilə dəstək olan etibarlı, seçilən banklardan birinə çevrilib.

Fəaliyyəti ərzində TuranBank geniş təcrübə və müştəri etimadı qazanmış, yüksək keyfiyyətli xidmət və rəqabətqabiliyyətli məhsullar təklif edən universal bir banka çevrilmişdir. Hazırda Bankımızın 16 satış nöqtəsi vardır ki, onların da 9-u regionlarda – Qazax, Ağstafa, Tovuz, Gəncə, Sumqayıt, Ağcabədi, Xaçmaz, Zaqatala və Cəlilabadda yerləşir.

Daha ətraflı məlumat üçün turanbank.az

29 ildir,

Atılan hər imzada etibarınızı qazanan bank!

Fiziki və hüquqi şəxslərə,

Kiçik və orta sahibkarlara dəstəyilə,

Bakı və bölgələrdə 17 satış nöqtəsi,

Və ən əsası etibarlılıq prinsipləri ilə 29 ildir fərqlənən və sizin yanınızda olan bank:

TuranBank – bizimlə etibarlıdır!

Grow
Agency
Taggs:
Şərh yaz